Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Qarabağın iqtisadiyyata inteqrasiyası: "Dövlətin bütün sahələrdə önə çıxmaq cəhdi effekt vermir" - İqtisadçı

Reklam: Sinerji Pro

“Dövlət həm kosmosla məşğuldur – “Azərkosmos”, bu, anlaşılandır, çünki investorlar belə ağır və bahalı layihələrə pul qoymurlar, dövlət həm də xalça toxuyur – “Azərxalça”. Bu yanaşma doğru deyil”.

Bu fikirləri Qarabağın Azərbaycan iqtisadiyyatına inteqrasiyası və bunun üçün atılmalı olan addımları şərh edən iqtisadçı ekspert Natiq Cəfərli Yenicag.az-a açıqlamasında səsləndirib.

Natiq Cəfərli bildirib ki, Qarabağın iqtisadiyyata inteqrasiyası müəyyən səbəblərdən gecikir:

“Hökumətin mövqeyi bundan ibarətdir ki, Qarabağda minalar var, təhlükəsizlik tam təmin olunmayıb, əhali məskunlaşmayıb. Milli Məclisdə büdcə müzakirələri zamanı bəzi nazirlərin bununla bağlı açıqlamaları oldu. Hətta iqtisadiyyat naziri yaxın gələcəkdə Qarabağın iqtisadiyyata inteqrasiyasının olacağını söylədi.

Burada bir önəmli məsələ var. Sabah təhlükəsizliklə, minalarla bağlı məsələləri həll etsək, orada istehsalı canlandırmaq üçün investorlar var? Dövlət yenə önə çıxıb bütün investisiyaları əlinə götürməyə, bütün nəzarət mexanizmlərini öz əlində saxlamağa çalışacaq? Özəl sektor üçün yaxşı şərait yaradılacaq? Hələlik narahat olduğum əsas məsələlərdən biri dövlət və hökumət orqanlarının bununla bağlı yanaşmasının olmamasıdır. Əgər ora investisiyalar cəlb etmək istəyiriksə, ölkənin ayrıca bir bölgəsinə, ayrıca şərtlərlə investorlar cəlb etmək mümkündür. Bunun üçün qanunvericilik, məhkəmə sistemi təkmilləşdirilməlidir, investorlara qanunvericilik şəklində zəmanət olmalıdır. Bunlar baş verməsə, nəticə yenə eyni olacaq. Obrazlı dildə desək, suyu da dövlət satıb, narı da dövlət satmaq istəsə, bu model effektiv deyil. Necə ki 30 illik model göstərdi ki, dövlətin bütün sahələrdə önə çıxmaq cəhdi effekt vermir. Dövlət həm kosmosla məşğuldur – “Azərkosmos”, bu, anlaşılandır, çünki investorlar belə ağır və bahalı layihələrə pul qoymurlar, dövlət həm də xalça toxuyur – “Azərxalça”. Bu yanaşma doğru deyil”.

Səxavət Məmməd

www.yenicag.az

211
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100