“Qarabağın işğaldan azad olunmasını uğurla yekunlaşdırdıq”

“Dağlıq Qarabağın işğalına son qoymaq üçün atdığımız addımları uğurla başa vurduq.”

Yenicag.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

“Bütün bu addımları atarkən heç vaxt işğalçı və təxribatçı düşüncə ilə hərəkət etmirdik, etmirik də. Heç bir ölkənin torpağında, dənizində, suverenliyində gözümüz yoxdur. Biz sadəcə “Hazır ol cəngə əgər istər isən sülh-ü salah” deyən əcdadın rəhbərliyi altında vətənimizi və haqlarımızı qorumağa çalışırıq”, – deyə, o bildirib.