“Qarabağ”ın legioneri “milliləşdirilir”

“Qarabağ”ın futbolçusu Riçard Almeyda AFFA-nın baş katibi Elxan Məmmədovla görüşüb.

Yeniçağ.az-ın AFFA-nın rəsmi “Facebook” səhifəsinə istinadən yaydığı xəbərə görə, braziliyalı oyunçu federasiyanın mənzil qərargahında keçirilən görüşdə Azərbaycan milli komandasında oynamaqla bağlı AFFA-nın təklifini müsbət qarşıladığnı bildirib.

Bu il Riçard Almeydanın Azərbaycanda yaşamağının 5 ili tamam olduğunu nəzərə alaraq AFFA müvafiq hüquqi prosedurlara başlayıb.

Yeniçağ.az