“Qarabağ”ın loqosunda dəyişiklik – FOTO

“Qarabağ”ın loqosunda dəyişiklik olacaq.

Yenicag.az xəbər verir ki, bu, klubun ölkə çempionatlarında ardıcıl dördüncü dəfə çempion olması, ümumilikdə bu sayı beşə çatdırması ilə bağlıdır.

Belə ki, bir çox dünya və Avropa klublarında adətən 5 çempionluq bir ulduzla qeyd olunur. “Qarabağ” FK bu praktikadan yararlanaraq loqonu üzərinə 1 ulduz əlavəsi yönündə fəaliyyətə keçib.

Klubun loqosunda digər bir dəyişiklik isə “FK Qarabagh” ifadəsinin “Qarabağ FK”-yla əvəzlənməsidir. Ağdamlılar bu dəyişikliklərlə bağlı artıq Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patentləşdirmə Komitəsinə də müraciət edib.

Yenicag.az