Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

“Qarabağ”ın matçı təxirə salındı

Reklam: High Technic

AFFA Peşəkar Futbol Liqasına (PFL) müraciət edərək Azərbaycan yığmasının Millətlər Liqasındakı oyunlarına daha yaxşı hazırlaşması məqsədi ilə Premyer Liqada V turun “Qarabağ” – “Səbail” oyununun təxirə salınmasını istəyib.

Yenicag.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, AFFA-nın müraciətini, millinin mənafeyini və adıçəkilən klubların razılığını rəhbər tutaraq PFL prezidenti Ramin Musayev əmr imzalayıb.

Əmrə əsasən, çempionat matçı təxirə salınıb. Görüş sentyabrın 4-də keçirilməli idi.

Qeyd edək ki, Azərbaycan yığması oktyabrın 10-da Monteneqronun qonağı olacaq, 3 gün sonra isə Kipri qəbul edəcək.

Loading...

www.yenicag.az

276