“Qarabağ”ın ikinci komandasının dünən məşqdə halı pisləşən futbolçusu Şirxan Hüseynzadənin vəziyyətində dəyişiklik yoxdur.
Yenicag.az Oxu.Az-a istinadən xəbər verir ki, paytaxt klinikalarının birində müalicə alan 20 yaşlı müdafiəçinin durumu stabil qiymətləndirilir.
Məlumata görə, o, hələ özünə gəlməyib.
Qeyd edək ki, futbolçu Şirxan Həsənzadə dünən əməliyyat olunub.