“Qarabağ”ın mükafatlandırılma mərasiminin vaxtı açıqlandı

Sabah “Azersun Arena”da Azərbaycan Premyer Liqasının 2019/2020 mövsümünün çempionu “Qarabağ”ın mükafatlandırılma mərasimi keçiriləcək.

Yenicag.az xəbər verir ki, saat 20:50-də başlayacaq tədbir mətbuat nümayəndələri üçün açıq olacaq.

Qeyd edək ki, mükafatlandırma mərasimi “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.