!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qarabağ”ın növbəti rəqibi də məlum oldu

!Reklam – Yazi

“Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsindəki potensial rəqibi müəyyənləşib.

Yenicag.az xəbər verir ki, Ağdam klubu Sloveniya çempionu “Olimpiya”nı mübarizədən kənarlaşdıra bilsə, növbəti mərhələdə Albaniyanın “Kukesi” komandası ilə qarşılaşacaq.

Sözügedən komanda Maltanın “Valleta” klubunu mübarizədən kənarlaşdırıb. Tərəflər arasında Albaniyada keçirilmiş ilk oyunda hesab açılmamışdı – 0:0. Maltadakı cavab oyununda da qalib müəyyənləşməyib – 1:1. Lakin “Kukesi” səfər qolu sayəsində mərhələ adlayan tərəf olub.

Xatırladaq ki, “Qarabağ” 1-ci təsnifat mərhələsindəki rəqibi “Olimpiya”nı səfərdə 1:0 hesabıyla məğlub edib. Ağdam klubu sabah keçiriləcək cavab matçında da bu rəqibinə uduzmasa, növbəti mərhələdə məhz “Kukesi” ilə qarşılaşacaq.

www.yenicag.az

1495
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv