“Qarabağ” “Sarayevo”ya məğlub oldu

Antalyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” bu gün növbəti yoxlama matçında qüvvəsini sınayıb.

Yenicag.az xəbər verir ki, ağdamlılar Bosniya və Herseqovinanın yüksək liqa təmsilçisi “Sarayevo” ilə qarşılaşıb.

Qarşılaşma Ağdam təmsilçisinin məğlubiyyəti ilə başa çatıb – 0:2.

Qeyd edək ki, “Qarabağ” bundan əvvəl “Kuban”la 2:2, “Lexiya” (Polşa) ilə 1:1, “Şkupi” (Makedoniya) ilə qolsuz bərabərə qalıb, “Mariupol”a (Ukrayna) 2:3 hesabı ilə uduzmuşdu.

COP29