“Qarabağ”ın növbəti transferi – Bu dəfə İtaliyadan

Son Azərbaycan çempionu “Qarabağ” növbəti transferinə hazırlaşır.

Yenicag.az xəbər verir ki, söhbət Karluş Apna Embalodan gedir.
Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərə görə, ağdamlılar 23 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün artıq Embalonun müqavilə ilə məxsus olduğu “Palermo”ya təklif də göndərib.

Qeyd edək ki, Qvineya-Bisaudan olan futbolçu ötən mövsüm A seriyasında 12 matça çıxıb.

Yenicag.az