!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qarabağ”ın oyunçusu ilə bağlı keçmiş həyat yoldaşından – Şok açıqlama -FOTO

!Reklam – Yazi

12086868_719333321532220_1776724352_n“Qarabağ” futbol klubu Avropa Liqasındakı tarixi rekordu yenilədiyi bir zamanda redaksiyamıza klubun məşhur qolkiperi Fərhad Vəliyevlə bağlı sensasiyalı bir müraciət daxil olub. “Qafqazinfo” xəbər verir ki, qapıçının keçmiş həyat yoldaşı Vəfa Vəliyeva onunla bağlı şok faktlar açıqlayıb.

Vəfa xanım redaksiyamıza gələrək bildirib ki, Fərhad Vəliyev nəzərdə tutulan 250 manat dəyərindəki alimenti ödəyə biləcək imkana sahib olmadığını iddia edərək yenidən məhkəməyə müraciət edib:

“8 il əvvəl – 30 mart 2007-ci il tarixində Fərhadla ailə həyatı qurmuşam. Fərhad bu izdivacda çox maraqlı olsa da, mən əvvəlcə sevmədiyim üçün razı olmadım. Sonradan universitetə gəlib getdi, ailələr də razılaşandan sonra evlənmək qərarına gəldim. Biz evləndiyimiz ərəfədə Fərhad “İnter”də oynayırdı, imkanı elə də yaxşı deyildi. Sonradan “Qarabağ” klubuna qapıçı kimi transfer olundu. O, yeni kluba transfer olduqdan sonra vəziyyətimiz yaxşılaşdı. O zamanlar münasibətimiz normal idi. Sonradan münaqişələrimiz başladı. Hətta bir neçə dəfə mənə də vurub. Ancaq hər ailədə söz-söhbətlər olur deyib heç kimə bir söz demirdim”.

Boşanma səbəblərinin xəyanət olduğunu vurğulayan Vəfa Vəliyeva övladı Fikrətlə evə gələndə Fərhad Vəliyevi başqa bir qadınla tutduğunu bildirib:

“2014-cu il noyabrın 24-ü idi. Həmin tarix heç vaxt yadımdan çıxmaz. Bir neçə gün öncə ailəliklə toplaşmışdıq, hər şey çox gözəl idi. Hətta Fərhad xalama da dedi ki, biz çox xoşbəxtik. Ancaq sonra bu hadisə baş verdi. Övladımla evə gələndə Fərhadı qadınla tutdum. Tez övladımı çölə çıxardım, o an nə etdiyimi tam xatırlamıram, hisslərim də ifadəolunmazdır. Bircə övladımı tez bayıra itələdim. Bu hadisə hər qadın kimi mənə də çox pis təsir etdi, ancaq məni ən çox yandıran övladımın bu yaşda o mənzərəyə şahid olması idi. Fikrət mənə deməsə də, anama deyib ki, ay nənə, dədəm niyə evə lüt qonşu gətirmişdi? Mən sonra qızı tapıb onunla danışdım. Qızdan soruşdum ki, Fərhad səni ilk dəfə bura gətirib? Dedi ki, yox, bir neçə dəfə də gətirib. Adını xatırlamıram, bir neçə dəfə də dostları ilə Babək prospektində bir restoranda olublar”.

Fərhad Vəliyevin göndərdiyi məhkəmə ərizəsində 250 manat dəyərindəki alimenti ödəməyə imkanı olmadığını bildirməsi Vəfa Vəliyevanı qəzəbləndirib:

“Fərhad ailəli olduğumuz zamanlarda uşağa qarşı yaxşı olub. Ayrıldığımızdan sonra da arabir gecikdirsə də, hər ay 250 manat dəyərindəki alimenti ödəyirdi. Uşağım, özüm üçün həmişə susmuşam, indiyə kimi bir şey deməmişəm. Ancaq Fərhadın 250 manat ödəmək imkanı olmadığını iddia etdiyi bu sənəd məni hər şeyi danışmağa vadar etdi. Fərhad iddiada yazıb ki, mənim başqa gəlir yerim yoxdur və 575 manat əmək haqqı alıram və bu halda 250 manat aliment ödəməyə gücüm çatmır. Mənim bu alimenti ödəməyə imkanım yoxdur. Ona görə də, məhkəməyə müraciət edərək alimentin gəlirimin 4/1 hissəsinə yönləndirilməsini istəyirəm. Əlavə mən nə deyim axı, hər şey göz qabağındadır. Dünən də “Qarabağ” qalib gəlib, ehtiyyatda olan futbolçu kimi 7500 manat alır, ancaq övladına aylıq verilən alimenti ödəyəcək gücü olmadığını bildirir. Övladım onsuz da, artıq ata qayğısı nədir bilmir, bu yaşından çox stress keçirdiyi hər hərəkətində hiss olunur. Klubunun qapısını qoruyan Fərhad, heç olmasa bu son zərbəni bizə vurmazdı ”.

 

Yenicag.az

www.yenicag.az

1192
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv