“Qarabağ”ın oyunlarını rumıniyalı hakimlər idarə edəcək

Qadın həndbolçulardan ibarət “Qarabağ” komandasının Avropa Kubokunun 1/16 final mərhələsində “Qaliçanka” (Ukrayna) ilə keçirəcəyi oyunların hakimləri açıqlanıb.

Yenicag.az xəbər verir ki, hər iki görüşü rumıniyalı referilər – Yonut Marian və Suliman Qesur idarə edəcəklər.

Qarşılaşmalar noyabrın 16-17-də Mingəçevirdə yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunacaq.

COP29