“Qarabağ”ın oyunu təxirə salındı

Azərbaycan birinci divizionun 23-cü turunda bu gün keçirilməli olan “Zaqatala” – “Qarabağ-2” oyunu təxirə salınıb.

Yenicag.az xəbər verir ki, görüş güclü yağış səbəbindən baş tutmayıb.

Matçın keçirilmə tarixi barədə hələlik məlumat verilməyib.