Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

"Qarabağ"ın oyunu yayımlanmayacaq? - Telekanallar 10 min avro ödəmək istəmir

Reklam: High Technic

Ötən mövsüm Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla Azərbaycan futbolunun tarixində ilkə imza atan “Qarabağ” bu gün ikinci təsnifat mərhələsində “Albaniya”nın “Kukesi” klubu ilə qarşılaşacaq.

Yenicag.az xəbər verir ki, sözügedən qarşılaşma Azərbaycanda yayımlanmaya bilər. Səbəb isə qarşı tərəfin yayım üçün 10 min avro tələb etməsidir.

Əldə etdiyimiz məlumata görə, nə “CBC Sport” nə də “İdman Azərbaycan” tələb olunan məbləği ödəmək fikrindədir.

Qeyd edək ki, bu, yaranan ilk belə problem deyil. Dəfələrlə telekanallar səfər oyunlarının yayım hüququnu əldə etmək üçün tələb olunan vəsaiti ödəməkdən boyun qaçırıb. Belə olan halda isə “Qarabağ” rəhbərliyi yaranan problemi klubun hesabına aradan qaldırıb. Təbii ki, heç bir öhdəliyi olmadığı halda…

www.yenicag.az

2153
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS