!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Qarabağ"ın oyununda erməni təxribatı - Qurbanov "qorxaqların işidir" dedi

!Reklam – Yazi

Avropa Liqasının qrup mərhələsinin son turunda keçirilən “Arsenal” – “Qarabağ” (1:0) matçında ermənilər təxribata əl atıb.

Yenicag.az xəbər verir ki, ermənilərdən biri əlində separatçı “Dağlıq Qarabağ” rejiminin bayrağını tutaraq, Ağdam klubunun futbolçularına tərəf qaçıb.

Bu zaman məsələyə komandanın kapitanı Rəşad Sadıqovla, yarımmüdafiəçi Qara Qarayev müdaxilə edib.

Oyun zamanı qondarma bayraqla meydana daxil olan azarkeş haqda mətbuat konfransında verilən suala isə Qurban Qurbanov belə cavab verib:

“Bu haqda çox danışmaq istəmirəm, sadəcə qorxaqlar belə hərəkət edirlər. Bu hərəkəti edən adam qorxub sonra qaçmamalıydı, yalnız qorxaqlar bir addım atıb, sonra isə qaçırlar”.

www.yenicag.az

5871
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv