“Qarabağ”ın oyununu hansı kanal göstərəcək?

“Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsində “Olimpiya”ya (Sloveniya) qarşı cavab matçı canlı yayımlanacaq.

Yenicag.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun “İdman Azərbaycan” telekanalı vasitəsi ilə birbaşa nümayiş olunacaq.

Qeyd edək ki, görüş iyulun 18-i saat 21:00-da başlayacaq.

Xatırladaq ki, komandalar arasında Sloveniyada keçirilən ilk görüş Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Loading...