!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qarabağ”ın oyununun yeri dəyişdirildi

!Reklam – Yazi

Azərbaycan Premyer Liqasının IV turunda keçiriləcək “Sumqayıt” – “Qarabağ” oyununun yeri dəyişdirilib.

Yenicag.az xəbər verir ki, “Qarabağ” Avropa Liqasının qrup mərhələsində “Sportinq”ə qarşı matça daha yaxşı hazırlaşmaq və mümkün zədə riskini azaltmaq üçün “Sumqayıt”la matçın təbii örtüklü “Azersun Arena”da keçirilməsini xahiş edib.

“Qarabağ”ın rəsmi müraciətini və “Sumqayıt”ın razılıq məktubunu rəhbər tutan PFL “Sumqayıt” – “Qarabağ” oyunun 14 sentyabr 2018-ci il saat 20:00-da “Azersun Arena”da keçirilməsinə qərar verib. Bu qarşılaşmada meydan sahibi kimi “Qarabağ”, hər iki komandanın iştirakı ilə dördüncü dövrənin oyununda isə “Sumqayıt” təsdiq edilib.

www.yenicag.az

1447
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv