!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Qarabağ"ın özbaşınalığı FIFA-ya şikayətlə nəticələnə bilər

!Reklam – Yazi

“Qarabağ” Tokelo Ranti sevdasından əl çəkmir. Yeniçağ.Az xəbər verir ki, bu sevda Ağdam klubuna baha başa gələ bilər.

Buna səbəb isə son Azərbaycan çempionunun rəhbərliyinin özbaşınalığıdır. Belə ki, “Qarabağ” futbolçuyla danışıqlara Rantinin müqavilə bağladığı “Gənclərbirliyi” klubundan xəbərsiz olaraq başlayıb. Bu isə Türkiyə təmsilçisinin “atlılar”dan FIFA-ya şikayət etməsi ilə nəticələnə bilər.

Bu azmış kimi, danışıqlar futbolçunun öz yox, başqa bir agenti vasitəsi ilə aparılıb. Tokelo Ranti ilə ortaq məxrəcə gələn “Qarabağ” rəhbərliyi sonda Ankara klubuna müraciət edib və transfer haqqı kimi 300 min avro təklifini irəli sürüb. Ancaq “atlılar”ın qaydalara zidd hərəkət etməsi “Gənclərbirliyi” rəhbərliyini özündən çıxarıb. Nəticədə, transfer haqqı olaraq “Qarabağ”dan 600 min avro tələb olunub.

Məsələyə qarşıdakı günlərdə tam aydınlıq gələcəyi gözlənilir. Cənubi Afrika Respublikasından olan futbolçu ilə bütün məsələlərdə razılaşan “Qarabağ” rəhbərliyi, Rantinin transfer hüququnu əldə etmək üçün “Gənclərbirliyi”nin prezidenti Murad Cavcavı da razı salmalıdır.

Qeyd edək ki, Rantinin Türkiyə klubu ilə 2018-ci ilin yayına qədər sözləşməsi qüvvədədir.

EMİN SƏFƏROV
Yeniçağ.Az

www.yenicag.az

511
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv