“Qarabağ”ın potensial rəqibi bəlli oldu

Bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

Yenicag.az xəbər verir ki, “Qarabağ” İrlandiyanın “Dundalk” klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə APOEL (Kipr) – “Sutyeska” (Monteneqro) cütünün qalibi ilə qarşılaşacaqdı. İlk oyunda 1:0 qalib gələn kiprlilər ev matçında da 3:0 hesabı ilə rəqibini məğlub edib.

Beləliklə, APOEL ÇL-in üçüncü təsnifat mərhələsində “Qarabağ” – “Dundalk” cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, “Qarabağ” və “Dundalk” arasında cavab görüşü sabah “Dalğa Arena”da keçiriləcək. İrlandiyadakı oyunda 1:1 hesablı heç-heçə qeydə alınıb.

Xatırladaq ki, bu cütünün məğlubu Avroliqanın üçüncü təsnifat mərhələsində “Slovan”la (Slovakiya) qarşılaşacaq./qol.az/

COP29