Futbol üzrə İslandiya yığması UEFA Millətlər Liqasında ilk matçına çıxıb.
Yenicag.az xəbər verir ki, “Qarabağ”ın qapıçısı Hannes Halldorssonun şərəfini qoruduğu bu komanda səfərdə İsveçrə ilə qarşılaşıb.
A Liqasında 2-ci qrupda yer alan komandaların dueli İsveçrə yığmasının qələbəsi ilə başa çatıb – 6:0.
Halldorsson da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Hannes ilk yarıda 2, fasilədən sonra isə 4 qol buraxıb.