Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

"Qarabağ"ın qeyri-peşəkarlığı

Reklam: Sinerji Pro

“Qarabağ” Peşəkar Futbol Liqasına müraciət edib.

Yenicag.az xəbər verir ki, ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” ilk oyuna daha yaxşı hazırlaşmaq məqsədi ilə Azərbaycan Premyer Liqasının IV turunda keçiriləcək “Səbail” ilə matçının başqa tarixə keçirilməsini istəyib.

Bunu və qarşı tərəfin razılıq məktubunu nəzərə alan PFL oyunun vaxtını sentyabrın 8-dən dekabrın 8-ə keçirib.

Qeyd edək ki, bir müddət əvvəl Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov mətbuata açıqlamasında klubun ÇL-dəki çıxışına görə oyunlarının təxirə salınması ilə bağlı PFL-ə müraciət etməyəcəklərini bildirmişdi.

Maraq üçün onu da bildirək ki, bir sıra aparıcı ölkələrin çempionatlarında bu cür hallara rast gəlmək mümkün deyil. Lakin, Ağdam klubu özündən qat-qat zəif komanda ilə oynunun təxirə salınması üçün aidiyyatı quruma müraciət edərək, qeyri-peşəkarlıq nümunəsi göstərir.

www.yenicag.az

5524