Portuqaliya Liqa Kubokunda yarımfinal mərhələsi start götürüb.
Yenicag.az xəbər verir ki, ilk yarımfinal oyununda “Qarabağ”ın Avropa Liqasının pley-offundakı rəqibi “Braqa” “Sportinq”i qəbul edib. “Braqa” rəqibinə 1:0 hesabı ilə qalib gəlib və finala adlayıb. Yeganə qolu isə 65-ci dəqiqədə Abel Ruiz vurub.
Digər yarımfinal görüşündə bu gün “Benfika” “Eştoril”lə qarşılaşacaq.
Qeyd edək ki, “Qarabağ”la “Braqa” arasında ilk görüş fevralın 15-də səfərdə, cavab görüşü isə fevralın 22-də Bakıda keçiriləcək.