Ötən gün keçirilən Azərbaycan kubokunun final matçından sonra ölkəmizi avrokuboklarda təmsil edəcək klubların adına aydınlıq gəlib.
Yenicag.az xəbər verir ki, finalda “Qəbələ”ni 1:0 hesabı ilə məğlub edən “Keşlə” kuboku başını üzərinə qaldırmaqla yanaşı, Avropa Liqasına vəsiqəni təmin edib. Bundan başqa “Qəbələ” və “Neftçi” klubları da Avroliqada çıxış etmə hüququna sahibdirlər.
“Qarabağ” isə ardıcıl 5-ci dəfə ölkəmiz Çempionlar Liqasında təmsil edəcək. Çempionlar Liqasının formatına edilən dəyişiklikdən sonra Qurban Qurbanovun komandası mübarizəyə birinci təsnifat mərhələsindən başlayacaq. Ağdamlıların rəqibi iyunun 19-da İsveçrənin Nyon şəhərində atılacaq püşkatmadan sonra müəyyənləşəcək.
Avroliqada çıxış edən komandalarımızın rəqibləri isə iyunun 20-dəki püşkatmada bəlli olacaq.