“Qarabağ” iyunun 20-də Avstriyada təlim-məşq toplanışına başlayacaq.
Yenicag.az klubun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi hazırlıq prosesində 4 yoxlama oyununda qüvvəsini sınayacaq.
Komanda iyunun 23-də Bolqarıstanın “Ludoqorets”, 26-da Avstriyanın “Vakker İnsbruk”, 30-da Suriya milli komandası və iyulun 4-də isə Ukraynanın “Dinamo” (Kiyev) klubu ilə üz-üzə gələcək.