Asiya Çempionlar Liqası çərçivəsində keçirilən “Melburn” Viktori” – “Ulsan Hunday” matçı 3:3 hesabı ilə başa çatıb.
Yenicag.az xəbər verir ki, sözügedən qarşılaşma “Qarabağ”ın sabiq futbolçusu Leroy Corc üçün əlamətdar olub.
Avstraliya təmsilçisinin heyətində dubla imza atan 30 yaşlı yarımmüdafiəçi, bir də məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Surinam əsilli hollandiyalı 2013-2015-ci illərdə “Qarabağ”da çıxış edib.