“Qarabağ”ın sabiq futbolçusu İtaliya klubunda

“Qarabağ”ın sabiq futbolçusu Samuel Armenterosun yeni iş yeri bəlli olub.

Yenicag.az xəbər verir ki, isveçli forvad karyerasını İtaliyada davam etdirəcək. 27 yaşlı hücumçu B seriyasında mübarizə aparan “Palermo” ilə anlaşıb. Tərəflər arasında 4 illik sözləşmə imzalanıb.

Qeyd edək ki, Armenteros ötən mövsümü Hollandiya Erediviziyasında çıxış edən “Herakles”da keçirib.

Yenicag.az

COP29