“Qarabağın taleyi həm də Ukrayna və Suriyadakı savaşlardan asılıdır”

Natiq_Miri_812190686“Dağlıq Qarabağ probleminin həlli bilavasitə Yaxın Şərqdə gedən savaşın və İŞİD-ə qarşı mübarizənin nəticələrindən asılı olacaq”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Natiq Miri söylədi: “Bilirsiniz ki, Rusiyanın Yaxin Şərqdə müəyyən maraqları var. Çünki, postsovet məkanında, xüsusilə Ukraynada baş verən Qərb Rusiya qarşıdurması kontekstində Moskva ona qarşı yönəlik sanksiya problemlərini həll edə bilmədi. Ona görə də Suriyaya müdaxilə etmək məcburiyyətində qaldı ki, özünün dünya gücü statusunu bərpa etdirə bilsin. Ancaq hələlik bu Rusiyaya nəsib olmayıb. Vaşinqton birmənalı olaraq Moskvaya anlatdı ki, Ukrayna heç bir vəclə Rusiya arasında bazarlıq predmeti olmayıb və olmayacaq. Bu da Moskva üçün müəyyən çətinliklər yaradır. Ona görə ya Ukraynada yaşanan savaş bitirilməli, ya da Suriyadakı müharibə başa çatdırılmalıdır. Deyərdim ki, Ukrayna və Suriyadakı savaşlar Rusiya geosiyasəti baxımından bir-birinə bağlıdır. Orada müəyyən irəliləyişzerdab_qarabag1lər olacaqsa, inanın ki, bu tendensiya Dağlıq Qarabağ probleminə də sirayət edəcək. Yox olmayacaqsa, düşünmürəm ki, Suriya və Ukrayna savaşı varkən, birdən-birə Dağlıq Qarabağ problemi dünya güclərinin prioritetinə çevrilsin. Yəni ancaq həmin savaşların həlli kontekstində Dağlıq Qarabağ problemi öz həllini tapa bilər.

Ancaq 2016-cı ildə bu problemin tamamilə həllini gözləmək doğru olmazdı. Sadəcə, buzu yerindən tərpətmək mümkün olsa və ən azından dağlıq Qarabağ ətrafındakı bir neçə rayonun qaytarılmasına razılıq əldə olunarsa, bu bütövlükdə problemin çözümünə böyük töhvə vermiş olar”.

ELÇİN

COP29