!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Qarabağın tamamı tam nəzarətimizə keçəndən sonra belə..." - Politoloq

!Reklam – Yazi

“Azərbaycan əsgərinə və vətəndaşına qarşı bölgədə terror aksiyalarının olacağı gözləniləndir”.

Bunu son günlər sərhəddə baş verən gərginliyin doğuracağı nəticələrə toxunan politoloq Nazim Cəfərsoy Yenicag.az-a açıqlamasında deyib.

mtu3zmexmtc5nzfkytm

Politoloqa görə, ölkəmiz mövcud vəziyyətdə olduğu kimi gələcəkdə də daim ehtiyatlı davranmalı və düşməni nəzarətdə saxlamalıdır:

“Azərbaycan və Türkiyə müasir beynəlxalq münasibətlərdə milli gücləri və imkanları bəlli olan dövlətlərdir. Hədəfə çatmaq üçün güc, zaman və imkanlar üçbucağında doğru davranmaq vacib idi. Son bir ildə müəyyən problemlər qalsa da, hərbi-diplomatik müstəvidə pis getmirik. Hədəfləri tamamlamaq üçün həm doğru strategiya ilə yaxşı çalışmağa, həm də zamana ehtiyacımız var. Reallıq budur ki, Azərbaycanın Ermənistan ilə sülh müqaviləsi imzalayandan sonra da sərhəddə şəhid verməsi mümkündür. Təəssüf ki, sərhəd və təhlükəsizliyi qorumanın məntiqində bu cür faciəvi hadisələr var. Qarabağın tamamı tam nəzarətimizə keçəndən sonra belə Azərbaycan əsgərinə və vətəndaşına qarşı bölgədə terror aksiyalarının olacağı gözləniləndir”.

Gülşən Şərif

www.yenicag.az

769
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv