!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Qarabağ"ın tarixinə böyük hörmətim var" - "Roma"nın baş məşqçisi  

!Reklam – Yazi

“Oyunçuların hamısını oynatmağa çalışırıq. Futbolçuların hamısına şans vermək istəyirik. Heyəti rəqibə görə formalaşdırmırıq. Hazır olanı meydana buraxırıq. Mənim “Qarabağ”a, onun tarixinə böyük hörmətim var. Əminliklə deyə bilərəm ki, çox çətin olacaq”.

Yenicag.az xəbər verir ki, bunu İtaliyanın “Roma” komandasının baş məşqçisi Eusebio Di Françesko futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin II turu çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri oyundan əvvəl təşkil edilən mətbuat konfransında deyib.

O, matçın baş tutacağı Bakı Olimpiya Stadionunda təşkil edilən tədbirdə jurnalistlərin suallarını da cavablandırıb.

– El Şaraaviyə şans verməyiniz nə ilə bağlıdır?

– El Şaaravinin sağalması qısa vaxt çəkdi. Onun hazır olduğunu gördük. Bu səbəbdən də meydana buraxırıq.

– Onu kimlər əvəz edə bilər?

– Florensi və Perottini qeyd edərdim.

– İtaliya komandalarının ÇL-də zəif çıxış etməsi fikri ilə razısınız? Bu, məşqlərin azlığı ilə bağlı ola bilər?

– Bu fikirlə razı deyiləm. Daim İngiltərə və ya İspaniya klublarına qarşı yaxşı oyunlar keçirmişik. ÇL-də zəif çıxışın başqa səbəbi olmalıdır. Bu, məşqlərin azlığı ilə bağlı deyil.

– “Roma”nı qarşıda daha çətin oyunlar gözləyir. Bu baxımdan “Qarabağ”la görüşdə tam güc sərf etməmək olar?

– Əlbəttə, texniki cəhətdən “Qarabağ”dan üstünlüyümüz çoxdur. Lakin hər bir oyunun nəticəsi bizim üçün əhəmiyyətlidir. Seçdiyimiz siyasət bəllidir: bütün rəqiblərə qarşı sərt və qəddar olmaq.

– Komandanın heyətində hansı dəyişiklər olacaq?

– Heyəti bütöv şəkildə dəyişə bilmərəm. Hansı dəyişikliklərin olacağını da indidən söyləmək düz olmaz.

– Mahir Mədətovu nə vaxtdan izləməyə başlamısınız?

– Çox maraqlı oyunçudur. Uzaqdan zərbələri ilə seçilir. Burada onu da izləyəcəyik. Lakin burada olmaqda məqsədimiz “Qarabağ”a qarşı oynamaqdır. Həm də rəqibin heyətində Dino Ndlovu, Pedro Enrike kimi daha güclü futbolçular var.

www.yenicag.az

3765
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv