!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Qarabag

“Qarabağ”ın yeni transferi “Ferentsvaroş”la anlaşmağa yaxın oldu

!Reklam – Yazi

“Qarabağ”ın yeni transferi Redon Cicanın Macarıstan klubu “Ferentsvaroş”a keçidi son anda baş tutmayıb.

Yenicag.az xəbər verir ki, Albaniya “Tirana”sının 25 yaşlı hücumçusu ötən həftə “Ferentsvaroş”la müqavilə imzalamağa yaxın olub.

Macarlar Albaniya millisinin üzvü üçün 500 min avro təklif etsələr də, qarşı tərəf buna müsbət cavab verməyib. “Tirana”nın tələbi 1 milyon avro olub. “Ferentsvaroş” yeni təklif göndərməyə hazırlaşdığı vaxtda isə cəld tərpənən Azərbaycan təmsilçisi albanlarla danışığı müsbət yekunlaşdırıb.

Bu gün tibbi müayinədən keçəcək Redon Cica ardından “Qarabağ”la 2026-cı ilin yayınadək nəzərdə tutulan müqavilə imzalayacaq.

www.yenicag.az

165
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv