“Qarabağ”ın yeni transferləri Bakıda

“Qarabağ”ın mövsümlərarası fasilədə heyətinə cəlb etdiyi müdafiəçi Yakub Rzejniçak və Vild-Donald Gerye artıq Bakıdadırlar.

Yenicag.az xəbər verir ki, adıçəkilən futbolçular dünən gecə saatlarında ölkəmizə təşrif buyurublar.

Qeyd edək ki, Yakub Rzejniçak “Legiya”dan, Vild-Donald Gerye isə “Alanyaspor”dan transfer edilib.

Yenicag.az