!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağla bağlı Əlaqələndirmə Qərargahının fəaliyyətindən NARAZILIQ: "İnformasiya resursu yoxdur" - Mütəxəssis ŞƏRHİ

!Reklam – Yazi

“Qarabağla bağlı Əlaqələndirmə Qərargahının informasiya resursu yoxdur”.

Yenicag.az xəbər verir ki, işğaldan azad edilmiş ərazilərdə Əlaqələndirmə Qərargahının fəaliyyəti ilə bağlı Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz öz fikirlərini bölüşüb.

Onun sözlərinə görə, Qərargahla bağlı informasiya resursunun indiyədək hazırlanmaması maraq doğurur:

“Ötən müddət ərzində Qərargahın və Mərkəzin nəzdində yaradılan müxtəlif istiqamətlər üzrə İşçi Qrupları xeyli sayda işgüzar görüşlər və səfərlərlər təşkil etsə də, informasiya resursu ilə bağlı rəsmi məlumat yoxdur. Qurum sadəcə zaman-zaman görülmüş işlərlə bağlı məlumatları açıqlayır. Hansı layihələrin və proqramların işğaldan azad olunan ərazilərdə icrasına başlanıldığı, hansıların planlaşdırıldığı, prosesdə iştirak edən qurumlar və podratçı təşkilatlar haqqında məlumatlar kifayət qədər ictimai əhəmiyyət kəsb edir. Lakin hazırda bu tip məlumatları dağınıq formada müxtəlif media resurslarından əldə etmək olur. Düşünürəm ki, Qərargahın internet resursunun, onun sosial media hesablarının hazırlanması, ən azı dövlət başçısının rəsmi saytında ayrıca bölmənin yaradılması, istiqamətlər üzrə məsul şəxslərin əlaqə imkanlarının yerləşdirilməsi, prosesə töhfə verə biləcək qurumlar və şəxslər üçün iştirak imkanları haqqında məlumatların burada açıqlanması faydalı olardı”.

Qeyd edək ki, ötən il 24 noyabr tarixdə prezident İlham Əliyevin sərəncamına əsasən, işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı yaradılıb. Qərargahın rəhbəri vəzifəsinə Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev təyin olunub. Qərargahın nəzdində katiblik, kommunikasiya funksiyasının yerinə yetirilməsi və zəruri analitik-təşkilati dəstək göstərilməsi məqsədilə İdarələrarası Mərkəz də formalaşdırılıb.

Gülşən Şərif

www.yenicag.az

533
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv