“Qarabağ”la oyunun qəhrəmanı: “Azərbaycan komandası alqışalayiqdir”

“Azərbaycan komandası alqışalayiqdir”.

Bunu Almaniyanın “Bayer 04” klubunun futbolçusu Patrik Şik “Qarabağ”a 3:2 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu barədə danışarkən deyib.

2 qol vuraraq qarşılaşmanın qəhrəmanı olan çexiyalı hücumçu əlavə edilmiş dəqiqələrdə dubla imza atdığı üçün xoşbəxt olduğunu bildirib.

Şik ağır mübarizə getdiyini bildirib: “Çətin, həyəcanlı oyun oldu. “Qarabağ” Bundesliqadakı rəqiblərimizlə müqayisədə tam fərqli üslubda oynayır. Bu, işimizi çətinləşdirdi. Ancaq qalib gəldiyimiz üçün çox xoşbəxtəm. Bu, təsadüf deyil. Cari mövsüm artıq dörd və ya beşinci dəfədir ki, bu formada geridönüş edirik. İnanılmaz dərəcədə komanda ruhumuz var. Son dəqiqədə vurulan həlledici qol həmişə emosionallıq gətirir. Eyni formada davam etməliyik”.

Qeyd edək ki, iki oyunun cəmində 5:4 (2:2, 3:2) hesablı qələbə qazanan “Bayer 04” 1/4 finala adlayıb.

COP29