Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

“Qarabağ”la “Qəbələ”dən növbəti qələbə

Reklam: Sinerji Pro

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 5-ci tura yekun vurulub.

Yenicag.az xəbər verir ki, son oyun günündə də iki görüş baş tutub.

Ölkəmizi Çempionlar Liqasının qrup mərhələsində təmsil edən “Qarabağ” öz meydanında “Kəpəz”i qəbul edib. Ağdam təmsilçisi mövsümə uğursuz başlayan Gəncə klubu ilə oyunun aşkar favoriti hesab olunurdu. Qurban Qurbanovun yetirmələri bu oyundan inamlı qələbə ilə ayrılıblar.

Günün digər oyununda isə “Qəbələ” Premyer Liqamızın debütantı “Səbail”in qonağı olub. Dörd qolun vurulduğu oyunda qələbəni qonaqlar bayram ediblər.

Azərbaycan Premyer Liqası
5-ci tur

17 sentyabr (bazar)

“Qarabağ”- “Kəpəz” 2:0
Qol: C.Diniyev, 34. D.Kintana, 80.
Hakimlər: Rəvan Həmzəzadə, Elman Musayev, Elşad Abdullayev, Orxan Məmmədov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

“Qarabağ”: 1. Anton Kanibolotski, 5. Maksim Medvedev, 8. Markos Madera, 9. Dino Ndlovu, 10. Pedro Enrike, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 18. Tarik Elyunussi, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 13. İbrahim Şehiç, 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 7. Rahid Əmirquliyev, 19. Famil Camalov, 20. Riçard Almeyda, 21. Arif Daşdəmirov, 30. Abbas Hüseynov, 32. Elvin Yunuszadə, 88. Elşən Abdullayev, 90. Ramil Şeydayev, 99. Dani Kintana.
Baş məşqçi: Qurban Qurbanov.
“Kəpəz”: 1. Davud Kərimi, 21. Novruz Məmmədov, 4. Şəhriyar Əliyev, 3. Dedimar Fereyra, 13. Şəhriyar Rəhimov (k), 5. Kərim Diniyev, 16. Azər Məmmədov, 10. Tural Rzayev, 12. İlyas Səfərzadə, 20. Samba Dialo, 8. Viktor Oseqeyl.
Ehtiyat oyunçular: 22. Ruzi Qiyaslı, 15. Azad Kərimov, 6. Ceyhun Cavadov, 18. Tural Cəlilov, 19. Aydın Qasımov, 11. Kamran Abdullazadə, 9. İlkin Sadıqov, 7. Sergey Çernişev, 2. Yusif Cəfərov.
Baş məşqçi: Şahin Diniyev.

“Səbail” – “Qəbələ” 1:3
Qol: V.Nadirov, 55 – B.Dabo, 42; 90+3. A.Məmmədov, 60.
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Fariz Yusifov.
Bakı. “Dalğa Arena”, 21:00.

“Səbail”: 1. Emil Balayev, 3. Tamazi Tsetsxladze, 8. Aqşin Muxtaroğlu, 10. Nurlan Novruzov, 11. Elman Taqayev, 17. Vüqar Nadirov, 20. Elton Yaqublu (k), 23. Ayron Stati, 35. Eqdaras Zarskis, 66. Pərviz Qaraxanov, 99. Maudo Jarjue.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 22. Amirhossein Najafi, 4. Amit Quluzadə, 5. Seymur Əsədov, 9. Raul Yaqubzadə, 13. Murad Musayev, 14. Yamin Ağakərimzadə, 26. Kamal Qurbanov, 69. Renan Telles, 77. Təyyar Məmmədov, 88. Orxan Qurbanlı, 98. Kamran Əliyev.
Baş məşqçi: Samir Əliyev.
“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 6. Elvin Məmmədov, 8. Qismət Alıyev, 9. Baqali Dabo, 10. Ruslan Qurbanov, 12. Endi Hallidey, 14. Cavid Hüseynov (k), 15. Vitali Vernidub, 16. Dion Omar Malone, 34. Ürfan Abbasov.
Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 35. Murad Popov, 4. Elvin Camalov, 5. Rasim Ramaldanov, 7. Alen Askerov, 11. Asif Məmmədov, 17. Roman Hüseynov, 20. Rövlan Muradov, 29. Hacıağa Hacıyev, 45. Famussa Kone, 70. Ülvi İsgəndərov, 88. Tellur Mütəllimov.
Baş məşqçi: Roman Qriqorçuk.

Turun digər oyunları: “Neftçi” – “Zirə” – 1:2, “İnter” – “Sumqayıt” – 1:1.

www.yenicag.az

1545
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM