Qaraçuxur ərazisindən silah-sursat aşkarlandı

Qaraçuxur qəsəbəsi ərazisindən silah-sursat aşkarlanıb.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, daxil olan məlumat əsasında Əlahiddə Çevik Polis Alayı və Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qaraçuxur qəsəbəsi ərazisindən 1 ədəd nömrəsi silinmiş “Makarov” markalı tapança, 2 ədəd F-1 qumbarası, 2 ədəd alışdırıcı və 7 ədəd patron tapılıb.