!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qaradağ məktəblilərinə “Diaspor dərsi” keçirilib

!Reklam – Yazi

9ea84fbc-6ffb-4d60-a19e-6edcb7a29263Diaspor Jurnalistləri Birliyinin “Orta məktəblərdə diaspor dərsləri” layihəsi davam edir. Növbəti “Diaspor dərsi” yanvarın 7-də Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 106 saylı orta məktəbdə keçirilib. Öncə məktəbin direktoru Təranə Qasımova çıxış edərək DJB-nin bu təşəbbüsünü yüksək qiymətləndirib və layihənin şagirdlərin diasporla bağlı maariflənməsində əhəmiyyətli rol oynayacağını deyib.

Təranə Qasımova məktəblilərə harada olmalarına baxmayraq azərbaycançılıq məfkurəsinə sadiq qalmağı tövsiyə edib.

DJB sədri Fuad Hüseynzadə bildirib ki, ilk dəfə olaraq Azərbaycanda məktəblilərə bu formada “Diaspor dərsi” keçirilir. Fuad Hüseynzadə “Orta məktəblərdə diaspor dərsləri” layihəsinin könüllü icra edildiyini diqqətə çatdırıb: “Məqsədimiz siz şagirdlərin Azərbaycan diasporu haqda düşüncəsini inkişaf etdirməkdir. Bilməliyik ki, dünya azərbaycanlılarının sayı 50 milyondan çoxdur”.
O, ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının xaricdəki azərbaycanlıların vahid ideya ətrafında birləşməsi üçün möhkəm istinad mənbəyi olduğunu deyib: “İndi soydaşlarımız yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır. Onlar Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, zəngin mədəni irsimizin təbliği, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında da qətiyyət nümayiş etdirirlər”.
Fuad Hüseynzadə bildirib ki, ən vacib amil dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların həmrəyliyidir: “Diasporumuzun əsas hədəfi Azərbaycan həqiqətlərinin xaricdə yayılmasıdır. Bu hədəflərlə çatmaq üçün strategiya ictimai-siyasi vəziyyətə uyğun olaraq qurulur”
Diasporla iş üzrə Dövlət Komitəsinin əməkdaşı Əbülfəz Şeydabəyov Azərbaycan diasporunun inkişaf tarixi, məskunlaşma coğrafiyası haqqında məlumat verib.

Əbülfəz Şeydabəyov qeyd edib ki, Diasporla İş üzrə Dövlət Komitəsi dövlətin siyasətini həyata keçirərək diasporun inkişafı istiqamətində işlər görür: “Hazırda dünyanın əksər ölkələrində azərbaycanlı icmaları üçrəngli bayrağımız altında fəaliyyət göstərir. Azərbaycanlı gənclərin xarici ölkələrdə təşkilatlanması, onların diaspor hərəkatındakı iştirakı da uğurla gedir”.

Əbülfəz Şeydabəyovun sözlərinə görə, dünyanın 70 ölkəsində bizim soydaşlarımız yaşamaqdadır: “Məlumdur ki, xarici siyasətdə diaspor və lobbiçilik çox güclü təsir elementidir. Günümüzədək hər beş ildə bir dəfə olmaqla, toplam üç böyük miqyaslı Dünya Azərbaycanlılarının Qurultayı keçirilib. Növbəti qurultay isə bu il keçiriləcək. Müstəqillik öncəsi dağınıq, bir-birindən xəbərsiz dünyanın müxtəlif bölgələrində Azərbaycan naminə çalışan xaricdəki soydaşlarımız indi bir-birləri ilə hər zaman əlaqə saxlayır. Ana Vətən Azərbaycanın güclü dəstəyi ilə koordinativ şəkildə çalışırlar”.
Xatırladaq ki, Layihə çərçivəsində Binəqədidəki 244, Yasamaldakı 13, Səbaildəki 236, Nəsimidəki 240, Nizamidəki 32, Xətaidəki 265 saylı məktəblərin 10-11-ci sinif şagirdlərinə “Diaspor dərsi” keçirilib. Bundan sonra Nərimanovdakı 178, Suraxanıdakı 114, Sabunçudakı 94, Xəzərdəki 181, Pirallahıdakı 235 saylı məktəblərdə “Diaspor dərsi” keçiriləcək.

DJB-nin Mətbuat xidməti

www.yenicag.az

605
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv