Qaradağ rayonundan ürəkağrıdıcı reportaj

10345027_681915271857950_481568931_n

Süleyman Mikayılov Ulu Öndərin heykəlinin yerində özünə Ticarət Mərkəzi tikdirir

“Bakının ən böyük rayonlarından biri olan Qaradağ sosial problemlərin məngənəsində boğulur”-bu sözləri bizi Qaradağa dəvət edən sakinlər AZERİNFO.ORG-a öz şikayət məktublarında yazıblar. Biz də oxucularımızın məktubuna və xahişinə biganə qalmayaraq Qaradağ rayonunun mərkəzi sayılan Lökbatana yola düşdük.

İşğal edilmiş Qarabağımızın sonradan azad edilən torpaqlarına getmək daha rahat idi, nəinki Bakının vur-tut 10 kilometrliyində yerləşən Lökbatana getmək. Sözün hər bir mənasına Qaradağ rayonunun Lökbatan qəsəbəsi mühasirədədir.
10345027_681915271857950_481568931_nMərkəzi yoldan Lökbatana işləyən 124 saylı avtobusun sürücüsü bu qəsəbənin əsl mənasında “Lökbatan” adlandırdı. “Qaradağın başqa düşmənə ehtiyacı yoxdur. Süleyman Mikayılov bizə bəsdir”-deyən yaşlı sürücü bildirir ki,bir necə il öncə təmir edilən yolun asfaltı icra başçısını göstərişi ilə yenidən qaşınıb. Biz bir ildir bu çala-çuxurlu yollarla gedib gəlirik”- deyən Rauf dayı qəsəbə daxili küçələrin də bərbad gündə o
lduğunu etiraf edir.
Elə şəhər 4 saylı Birləşm
iş uşaq xəstəxanasının qarşısında rastlaşdığımız Arzuman Bədəlov “bizim necə yaşadığımız elə bu polik
linikadan görmək mümükündür” deyir. Şəklinin cəkilməsinə razı olmayan Arzuman dayı 57 ildir ki, burada yaşadığını deyir.
10346967_681915258524618_84438524_nOnun sözlərinə görə, tək Lökbatanı deyil, bütün Qaradağı Süleyman Mikayılov talan edib, dağıdıb. “Bu rəzalətdir,indi də qarşısında durduğumuz bu poliklinikanı ləğv edib yerini satmaq istəyir”-deyən Arzuman Bədəlov insanların öz şəxsi həyətlərinin belə daş hasara alınmasına icazə verilmədiyini qeyd edir.

“Bizim bəxtimizə hər zaman bəd icra başçıları düşür”-deyən Arzuman Bədəlov rəsmi sərəncamı olan evi tikilməsi üçün Süleyman Mikayılovun adamları  2000 AZN pul tələb etdiyini ürək yanğısı ilə qeyd edir.

“Ulu öndər Heydər Əliyevin adını daşıyan mərkəzi küçədə öz şəxsi biznesini yaradan icra başçısı indi də küçənin düz mərkəzində insanların şəxsi mülkiyyəti olan mağazalarını sökdürərək, böyük ticarıt mərkəzi inşa etdirir”-deyən Salman Rəsulov bu günə qədər sökülən mağazaları üçün kompensasiya ala bilmədiyini deyir.

İcra başçısı 317Süleyman Mikayılovun  fəaliyyətindən narazılıq edən Lökbatanlılar rayonda baş verən haqsızlıq, acınacaqlı vəziyyətdə birbaşa
onun günahkar olduğunu bildirdilər.

Apardığımız müşahidələr əsasında əminliklə deyə bilərik ki, Qaradağda qəsəbədaxili və qəsəbəarası yollar dağıdılıb, uzun müddət təmir olunmadığı üçün gediş-gəliş çətinləşib. Rayonu mərkəzini qəsəbələrlə birləşdirən yollar tam yararsız vəziyyətdədir. Süleyman Mikayılov isə əhalinin sosial rifahını təmin etmək yerinə, yalnız iş adamlarına məxsus obyektləri sökərək onların yerində özünə obyekt tikdirir. Təkcə Lökbatan qəsəbəsində belə üsulla 5 obyekt tikilib.

Lökbatanda olanda daha bir maraqlı xəbər eşitdik, icra başçısı Süleyman Mikayılov rayon ərazisində bütün tikinti işlərinə icazəni şəxsən özü verir. Onun rəğbətini “qazana bilməyən” kim olursa olsun, heç bir şəkildə hərəkət edə bilməz.

Ancaq Qaradağ ərazisində Süleyman Mikayılov istədiyini edə bilər. Hətta ürəyi istəsə, Ulu Öndər Heydər Əliyevin heykəlini sökər və yerində ticarət mərkəzi tikdirər. Kim qarışa bilər ona?

Bir sözlə, darmadağın edilmiş Lökbatan qəsəbəsi abadlıq adı altında talan edilir. Lökbatanda bir neçə qəzalı bina olsa da, sadə lökbatanlıların fəryadını eşidən yoxdu.

Elə Lökbatandan ayrılanda sürücünün dediyi kimi,”Süleyman Mikayılov Lökbatanı mühasirədə saxlamaqla, öz bildiyini edir”.

Təəssüf ki, Lökbatanda gördüyümüz problemlərlə bağlı Süleyman Mikayılovun mövqeyini öyrənə bilmədik. İcra başçısının bizə bəlli olan nömrəsinə baxan olmadı. İcra Hakimiyyətindən isə dəfələrlə eyni sözü eşitdik: “Başçı yerində yoxdur”. Elə biz də Süleyman Mikayılovdan yerində olan başçının Lökbatanı bu hala salıb-sala bilməyəcəyini soruşacaqdıq.

10346967_681915258524618_84438524_n

COP29