!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qaradağ sosial partlayışın astanasında… – İDDİALAR

!Reklam – Yazi
8b7f17627d2775e13dab66df819dd90b(2)Qaradağda sosial partlayış təhlükəsi böyüyüb
Hər dəfə ölkə başçısı məmurlara irad bildirir, onları xalqla yaxşı davranmağa, rüşvət və korrupsiyadan uzaq durmağa çağırır. Eyni zamanda xalq da sosial ədalətsizliyə, özbaşınalığa və qanunsuzluğa etiraz səsini ucaldır. Son bir neçə ildə rayonlarda baş verən aksiyalar da bunu təsdiq edir. Ancaq prezidentin xəbərdarlıq və tələblərindən, xalqın isə etirazından bir çoxları ibrət dərsi götürmür. Bu xüsusən də hakimiyyətdə yüksək vəzifə tutan məmurlara aiddir. İcra hakimiyyəti başçıları da bu məsələdə xüsusi fərqlənirlər. Amma əlbəttə, sözün mənfi mənasında.
Qaradağ rayonunda illərdir özünü Misir fironları kimi aparan icra başçısı Süleyman Mikayılov da bu məsələdə həmkarlarından seçilmir. Yeri gəlmişkən, bu məziyyətinə görə xalq arasında onu ironiya ilə “Kurtlar vadisi”ndəki Çakıra bənzədirlər. Bəli,
Süleyman Mikayılov öz fəaliyyətinin nəticəsinə uyğun olaraq xalq tərəfindən “Çakır” adına layiq görülüb. Bu öz yerində. Bu yazıda isə icra başçısının yarıtmaz və qanunsuz fəaliyyətindən bəhs edəcəyik.
Belə ki, Süleyman Mikayılovun əməlləri ilə bağlı narazılıqların, şikayətlərin ardı-arası kəsilmir.
Qeyd edək ki, o, korrupsiya və maxinasiyalarda ən çox adı hallanan icra başçılarından biridir. Onun yarıtmaz fəaliyyəti və sahibkarları sıxışdırması nəticəsində Qaradağ rayonu barıt çəlləyinə dönüb. Bu gedişlə Qaradağda sosial partlayış olacaq. Çünki S.Mikayılov rayona rəhbərlik etdiyi gündən əhalinin narazılığı azalmır. İcra başçısı S.Mikayılov rayon rəhbərliyinə gəlir mənbəyi kimi baxır. İdarəetməni isə korrupsiya və saxtakarlıqda görür. Özünə vurğunluğu o həddə çatıb ki, rayona öz mülkü kimi baxır. Ona məxsus olmayanlar qalmamalı, sökülməli və dağıdılmalıdır. Bu ədalətsizlik və talançılıq insanları iqtisadi cəhətdən çökdürüb və şəxsiyyətlərinin təhqir olunması əhalini dözülməz vəziyyətə gətirib. Kriminal yolla rayon sakinlərinin talanması və onların şikayətlərinin nəticəsiz qalması insanları hakimiyyətdən narazı salır. Süleyman Mikayılovun rayona rəhbərlik etdiyi müddətdə Lökbatan qəsəbəsi sosai cəhətdən iflic vəziyyətə düşüb. Qəsəbədaxili və qəsəbəarası yollar dağıdılıb, uzun müddət təmir olunmadığı üçün gediş-gəliş çətinləşib. Rayonu mərkəzini qəsəbələrlə birləşdirən yollar tam yararsız vəziyyətdədir. Süleyman Mikayılov iş adamlarına məxsus obyektləri sökərək onların yerində özünə obyekt tikdirir. Təkcə Lökbatan qəsəbəsində belə üsulla 5 obyekt tikilib. O hətta özü üçün tikdirdiyi obyektin açılışını dövlət səviyyəsində edib. İcra başçısı Lökbatan qəsəbəsindəki bazarı qanunsuz olaraq özəlləşdirməklə 4 milyon 800 min manat mənimsəyib. Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən kolxoz bazarı Mikayılovun göstərişi ilə ələ keçirilib.
Qaradağ rayonunun digər böyük qəsəbəsi olan Qobustan qəsəbəsində iki ildə dörd dəfə qəsəbə icra hakimiyyəti nümayəndəsinin dəyişdirilməsi kadrların düzgün seçilib yerləşdirilməməsinin nəticəsidir.
Onlardan biri, Lənkəranda S.Mikayılovun müavini işləmiş Nadir adlı şəxs Qobustan qəsəbəsinə icra hakimiyyətinin nümayəndəsi təyin olunandan qısa müddət sonra spirtli içkinin təsiri nəticəsində qəza törədib. Uzun müddət müalicədən sonra indi də onu vəzifəyə qoyublar.
Rayonun əksər qəsəbələrinin icra nümayəndələri yerli kadr deyil, gəlmələri isə yalnız pul maraqlandırır.
S.Mikayılov bir neçə il öncə Hərbi Hava Hücumundan Müdafiə qərərgahının sığınacağını bərbad vəziyyətə salmış və onun yanında özünə ictimai iaşə obyekti tikmişdi. Bundan başqa Lökbətan qəsəbəsi 28 may küçəsindəki uşaq parkında icra başçısına məxsus olduğu deyilən “Cırtdan kafesi” tikilib. Yerli əhalinin sözlərinə görə bu kafedə pullu oyunlar oynanılır ki, bu da sakinlərin narazılığına səbəb olur.
Hazırda isə Qaradağ rayonunda büdcə vəsaiti talan edilir, abadlıq adı altında iş adamlarından vəsait toplanır. Rayonda son dövrdə 50 mindən yuxarı qanunsuz tikili var. Bunlardan yığılmış vəsaitin miqdarı 10 milyonlar manat eedir.
Prezident bu rayondakı tədbirlərdə iştirak edərkən, onun getdiyi yerlərin ətrafı qismən abadlaşdırılır, ondan 30 metr aralı isə bərbad vəziyyətdədir. Bunu bütün qəsəbələrdə müşahidə etmək mümkündür. Qismən aparılan abadlıq işləri ara fəhlələri tərəfindən icra olunur, onlar da günəmuzd işləyirlər. Büdcədən ayrılan vəsaitin isə hara getdiyi məlum deyil. İndi rayonun büdcəsi milyonlarla ölçülür. Bu pulun hara xərclənməsi isə sakinlərə məlum deyil.
Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov karxanalar üzərində öz payı olan ciddi fiqurdur. Onun adından bu işləri Qaradağ rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Rasim Əhmədov həyata keçirir. Xəbərə görə, Rasim Əhmədov bir ay ərzində karxanalardan icra başçısının adı altında təxminən 120-150 min manata yaxın pul yığır. Onu da bildirək ki, ümumiyyətlə, Süleyman Mikayılovun müxtəlif sahələr üzərə peşəkarlaşmış pulyığanları var. Məlumatlı mənbənin bildirdiyinə görə, əgər karxanalardan haqqı Rasim Əhmədov yığırsa, torpaq alverinə də rayonun baş memarı Naiq Səmədov baxır. Məhz onun əli ilə «Çakır» ləqəbli Süleyman Mikayılov rayon ərazisində inşa olunan fərdi evlərin hər birinin ilk mərtəbəsindən müvafiq olaraq 3000 manat, ikinci mərtəbəsinə görə isə 5000 manat pul alır. Bir sözlə, Qaradağ rayonunda illərdir özünə fironsayağı xanədan qurmağa müvəffəq olan Süleyman Mikayılovun yeganə qazanc yeri heç də karxanalar deyil. Amma buna baxmayaraq, demək olar ki, nəzarətsiz buraxılmış daş karxanaları həm işçiləri üçün ölüm mənbəyi hesab olunur, həm də daş alıcıları üçün bir tələdir. Məsələn, artıq Süleyman Mikayılovun göstərişi ilə əvvəllər ədədi 30-35 qəpiyə satılan daşlar 45-50 qəpiyə qədər bahalaşdırılıb.
Abşeron yarımadasında yerləşən daş karxanalarının hamısına haqq qoyulub. Sahibkarların sözlərinə görə, artıq Qaradağ rayonunun, Güzdək, Qızıldaş qəsəbələrində və Qızıl Qaya adlanan ərazidə yerləşən 250-dən artıq daş karxanası aylığa oturdulub.
Sahibkarların sözlərinə görə bu barədə göstəriş Qaradağ rayonunun icra başçısı Süleyman Mikayılov tərəfindən verilib. Sahibkarlardan bir neçəsi problemlə bağlı Qaradağ Rayon İcra Hakimiyyətində olub. Orada onları icra başçısının müavini qarşılayıb. Müavin daş karxanalarının yenidən işə düşməsi üçün şərtlərini sahibkarlara çatdırıb: “Hər karxanaya əlli min ədəd daş və hər daşkəsən kombayn üçün isə on min manat məbləğində pul tələb etdilər”. Sahibkarın sözlərinə görə icra hakimiyyətinin tələbi ilə razılaşmayıblar: “Biz tələb olunan məbləğin çox olduğunu bildirdik. Hər daş karxanası üçün 50 min ədəd daş olduqca çoxdur. Məsələ burasındadır ki, biz daşın emalına sərf edilən elektrik enerjisinin pulunu cibimizdən ödəməliyik. Bundan əlavə emal olunan daş bizim vəsaitimiz hesabına maşınlara yüklənməlidir. Yəni fəhlələrin pulunu da biz verməliyik. Bunlardan əlavə hər daş kəsən kombayn üçün on min manat haqq verilməlidir. Elə “ucastka” varki orada 3 kombayn işləyir. Həmin sahibkar duran yerdə 30 min manat pul verməlidir. Hazırda ölkədə tikinti getmədiyindən vəziyyətimiz ağırdır. Ona görə tələb olunan məbləği ödəyə bilmirik”. Sahibkarın sözlərinə görə məsələ ölkə mətbuatında işıqlandırıldıqdan sonra qoyulan haqq nisbətən azaldılıb: “Bizə xəbər göndərdilər ki, hər karyer iyirmi min daş versə bəsdir. Amma kombaynlar üçün nəzərdə tutulan 10 min manatı güzəştə getmirlər”.
Sahibkar eyni zamanda daş karxanalarının ciddi şəkildə qeydiyyata alındığını söylədi: “Vertolyotla Qaradağın üstündən uçub daş karxanalarını qeydiyyata alıblar. Bir sıra yüksək rütbəli məmurların Qaradağda daş karxanaları var. Həmin karxanalar qeyri-leqal fəaliyyət göstərir. Bizdə olan məlumata görə karxanaların hamısı tələb olunan daşı və məbləği ödəməlidir.
Bir sözlə, sənaye baxımından çox böyük potensiala malik olan Qaradağ rayonunda acınacaqlı durum yaranıb. İcra hakimiyyətinin başçısı Süleyman Mikayılovun xüsusi qanunları ilə idarə olunan rayonda ciddi sosial-siyasi problemlər hökm sürür. Rayondan aldığımız məlumatlara əsasən, icra başçısı Qaradağı
xüsusi mülkiyyəti kimi idarə edir. Burada ən böyük sahibkar, iş adamı elə Süleyman Mikayılovun özüdür.
Təsadüfi deyil ki, yerli iş adamları hər zaman rayonda yaranan gərgin atmosferdən şikayətçi olublar. Belə ki, Süleyman Mikayılov tərəfindən daima təzyiqlərlə üzləşən sahibkarlar icra başçısının “fonduna” vəsait ödəməkdən müflis olublar. Qaradağda hər hansı kiçik abadlıq işləri aparılan kimi iş adamlarının “qara günləri” başlayır.
Rayonda inşa olunan qanunsuz tikililər isə icra başçısının əlavə gəlir mənbələrindən biridir. Rayonda son illərdə tikilmiş 50 mindən çox qanunsuz tikili var. Rayonda hamı bilir ki, S.Mikayılov Qaradağa gəlir mənbəyi kimi baxır.
Onu da qeyd edək ki, Qaradağ rayon icra hakimiyyətinin başçısının həyat yolu ilə də bağlı redaksiyamıza daxil olan informasiyalar kifayət qədər ilgincdir. İcra başçısının 1984-cü ildə Bədən Tərbiyəsi Akademiyasını bitirməsi bir sıra müəmmalara yol açır. Belə ki, yayılan məlumatlara görə, Süleyman Mikayılov bir neçə dəfə Akademiyadan
kənarlaşdırılıb. Onun dərslərə dəvamiyyətində və bir neçə dəfə dava etdiyinə görə ali məktəbdən qovulduğu bildirilir. Nəhayət 22 yaşında S.Mikayılov ali məktəbi bitirə bilib. Boksla məşğul olmasına baxmayaraq heç bir əmək fəaliyyəti olmayıb. Bundan sonra isə S.Mikayılov biznes fəaliyyəti ilə məşğul olub. Yalnız regional amillər baxımından o Yardımlı rayonunda icra başçısı təyin edilib. Maddi imkanlarını bir qədər də genişləndirdikdən sonra S.Mikayılov 2004-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Hər halda əlimizdə olan rəsmi tərcümeyi-halda belə yazılır. Apardığımız araşdırmalar zamanı bəlli olub ki, əslində bu icra başçısı Dərdənddə adı bəlli olmayan bir ali məktəbə pulla daxil olub. 2001-ci ildə həmin ali məktəbdə bir il adı tələbə kimi qeyd edilən S.Mikayılov icra başçısı olduğu dönəmdə «perevod» alaraq BDU-nun hüquq fakultəsinin tələbəsinə çevrilib. 42 yaşında BDU-nun məzunu olan icra başçısı tərcümeyi-halına hətta bir zamanlar elmlər namizədi adı da yazdırmaq istəyib. Lakin onun bu arzusu hələ də gerçəkləşməyib. (Gündemxeber qəzeti)

www.yenicag.az

1209
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv