Qaradağda 41 yaşlı kişi bıçaqlandı

Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib.

Yeniçağ.Az xəbər verir ki, rayon sakini 41 yaşlı Elxan Şıxbaba oğlu Ağayev bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib. Yaralı dərhal əməliyyat olunub. O, əməliyyatdan sonra reanimasiya şöbəsinə yerləşdirilib. Hasdisə ilə Qaradağ rayon Polis İdarəsinin 38-ci polis bölməsində araşdırmalara başlanılıb. İlkin yoxlamalar zamanı Elxan Ağayevin tanışı tərəfindən bıçaqlandığı məlum olub.

Hadisənin törədənin kimliyi məlum olsa da istintaq sirri olduğu üçün adı açıqlanmayıb. Onun tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilir.

Faktla əlaqədar cinayət işi başlanıb.

Yeniçağ.Az