Qaradağda ağır yol qəzası – Xəsarət alan var

Qaradağ rayonunun Ələt qəsəbəsində yol nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, iki maşının toqquşması nəticəsində 1968-ci il təvəllüdlü Novruzova Validə ağır xəsarət alıb.

Yaralı kəllə-beyin travması diaqnozu ilə 1 saylı Klinik Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib. /”Report”/