Bakının Qaradağ rayonunda ümumi sahəsi 100 kvadratmetr olan birmərtəbəli inzibati bina yanıb.
Yenicag.az azərtac-a istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğınsöndürənlər tərəfindən söndürülüb.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.