Qaradağda mağaza kül oldu

73710Bakının Qaradağ rayonunda güclü yanğın olub.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan mağaza yanıb.

Mağazada olan soyuducu yanıb.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 12:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.