Qaradağda qəza baş verdi: Sürücü öldü

Bu gün saat 15 radələrində Qaradağ rayonu Sahil qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətindən Yenicag.az-a bildirilib ki, 1987-ci il təvəllüdlü Neftçala rayon sakini Hüseyin Qurbanov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırması nəticəsində hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırna aparılır.