Qaradağda qonşular arasında xəsarətlə nəticələnən dava baş verib

Qaradağ rayonunda qanlı hadisə baş verib.

Yenicag.az xəbər verir ki, hadisə rayonun Ələt qəsəbəsində qeydə alınıb. Qəsəbə də yaşayan 16 yaşlı Mirzəyev Aqşin Rahib oğlunun qonşusu ilə mübahisəsi düşüb. Mübahisə sonda əlbəyaxaya çevrilib. Nəticədə qonşusu taxta parçası ilə Aqşin Mirzəyevi döyüb. Xəsarətlər alan Aqşin Mirzəyev xəstəxanaya çatdırılıb. Hadisə barədə polisə məlumat verilib.

Faktla əlaqədar Qaradağ rayon polis idarəsində araşdırmalara başlanılıb.

Yenicag.az

COP29