Qaradağda yanğın oldu, insanlar təxliyə edildilər

Bakı şəhərinin Qaradağ rayonunda doqquzmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 90 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə, mətbəxində 1 ədəd aspirator və mətbəx mebeli 3 p.m yanıb.

Bu barədə Yenicag.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qeyd olunub ki, yüksək temperaturdan dəhlizin və mətbəxin lambirdən ibarət tavan 15 m² sahədə qarsalanıb. Yanğın zamanı 8 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.