Qaradağda YAP-ın 22 illiyi qeyd olundu

83825 (1)Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaranmasının 22 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, YAP-ın İdarə heyətinin üzvü, millət vəkili Mixail Zabelin, YAP-ın siyasi şurasının üzvü, millət vəkili Musa Quliyev, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, digər qonaqlar və rayon ictimaiyyəti iştirak edblər.

Giriş nitqi ilə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov qeyd etdi ki, Yeni Azərbaycan Partiyası böyük çətinliklərə sinə gərərək həyata keçirdiyi uğurlu siyasətlə xalqın partiyası imicini qazanaraq öz adında böyük bir mənanı, məqsədi birləşdirir. Bildirib ki, müstəqilliyinin ilk illərində ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi ucbatından varlığı şübhə altında qalan Azərbaycanın bu bəlalardan xilas olması üçün xalqın üzünü Heydər Əliyevə tutması gələcəyə ümiddən xəbər verirdi.

Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov o dövr Yeni Azərbaycan Partiyasının yaranmasını Azərbaycanın müasir siyasi tarixində mühüm hadisə olduğunu bildirib. Qeyd edib ki, bu gün əldə etdiyimiz bütün uğurların təməlində Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi dayanır.

YAP-ın siyasi şurasının üzvü, millət vəkili Musa Quliyev öz növbəsində qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən Heydər Əliyevin hələ sağlığında ikən canlı əfsanəyə çevrildiyini vurğulayıb.

YAP-ın İdarə heyətinin üzvü, millət vəkili Mixail Zabelin Yeni Azərbaycan Partiyasının bu gün cəmiyyətdə çox böyük nüfuza malik olduğunu fikrini səsləndirib.

SondaYeni Azərbaycan Partiyası sıralarına keçmiş bir qrup gəncə vəsiqələr və eyni zamanda, Qaradağ rayonunun ictimai-siyasi həyatında fəal iştiraka görə bir qrup partiya fəalına fəxri fərmanlar və hədiyyələr təqdim edilib.