BMW şirkəti “X6” modelinə aid ən tünd rəngdə avtomobil istehsal edib.
Yenicag.az xəbər ki, təqdim edilən model “X6 Vantablack” adlandırılıb. “Vantablack” adlı super qara boya işığın 99.9%-ni udur. Bu boya insanın görə biləcəyi ən tünd rəng hesab olunur.
Qeyd edək ki, həmin maddədən ilk dəfə Böyük Britaniyanın “Surrey NanoSystems” şirkəti tərəfindən Aya göndərilən əşyaların üzlənməsində istifadə edilib.
BMW isə bunu ilk dəfə avtomobillərin rənglənməsində tətbiq edib.
Dünyanın ən tünd rəngli avtomobilinin görüntülərini təqdim edirik: