Qarajdan 13 min manatlıq oğurluq edildi

Bakıda qarajdan 13 min manatlıq oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumatına görə, Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki qarajların birindəki seyfdən 3000 manat pul və 10.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini E.Orucov və Abşeron rayon sakini Z.Allahverdiyev saxlanılıblar.

Araşdırma aparılır.