!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qaranlıq küçədə hücuma məruz qalsanız... - Xanımlar üçün 15 məsləhət

!Reklam – Yazi

Təəssüf ki, insanların hamısı xoşniyyətli deyil. Gündəlik həyatımızda bəzən pis insanlarla da rastlaşa, onlara müqavimət göstərmək məcburiyyətində qala bilərik. Üzləşdiyiniz hər hansı təhlükə vaxtı bunları edin:

  1. Əgər küçədə çantanızı oğurlamaq və ya başqa məqsədlərlə sizə arxadan hücum etsələr, iki əlinizi birləşdirib, sağ dirsəyinizi var gücünüzlə arxadakı insanın qarın boşluğuna vurun. Beləliklə, həmin şəxs bir neçə dəqiqə hərəkətsiz vəziyyətdə qalacaq və sizin qaçmağınıza fürsət yaranacaq.
  2. Bu bənd qadınlar üçündür: əgər ayağınızda hündürdaban ayaqqabı varsa, xuliqanın əlindən çıxmaq şansınız daha çoxdur. Daban hissəsi ilə həmin şəxsin ayağını əzərək, onu zərərsizləşdirə bilərsiniz.
  3. Əgər sizi boğmaq istəyirlərsə, onun çeçələ barmağını sərt şəkildə arxaya burun.
  4. Sizə hücum edən şəxsin üzünə çantanızla vuraraq, hadisə yerindən uzaqlaşa bilərsiniz.
  5.  Əgər oğru sizə bıçaq və silahla hücum edərsə, müqavimət göstərməyin. İstədiyi əşya qiymətli də olsa, etiraz etməyin. Çünki heç nə sizdən daha dəyərli deyil.
  6. Ancaq onun xüsusiyyətlərini yaddaşınızda saxlamağa çalışın. (tatu, doğum ləkəsi, yara izi və s.)
  7. Başınıza hər hansı bir hadisə gələrsə, evə getməyin. Mütləq əvvəlcə polisə müraciət edin; nə qədər tez şikayət etsəniz, təqsirkarın tutulması o qədər tez asanlaşacaq.
  8. Əgər oğru sizi binaya qədər izləyibsə, lift və bu kimi qapalı yerlərə sığınmayın.
  9. Təcili şəkildə binadan çıxaraq, insanların çoxluq təşkil etdiyi yerlərə gedin və kütlə içində gözdən yayınmağa çalışın.
  10. Qapalı yerlərdə sizə hücum çəkən şəxsi qorxutmaq üçün silahdan istifadə etməyin. Bu, həm sizə, həm təqsirkara xəsarət yetirə bilər və siz həmin yerdən qaça bilməzsiniz.
  11. Tez qaçmayın. Gözdən yayınmaq üçün əngəllər fikirləşin, məsələn, avtobusa minin, tanıdığınız döngələrə girin.
  12. Yoldan keçənlərlə danışın. Onlarla birlikdə yeriyin. Belə olan halda sizə hücum etməyə cəsarəti çatmaz.
  13.  Taksiyə minəndə əgər sürücünün hərəkətləri sizə şübhəli görünərsə, təcili şəkildə enin və ya avtomobilin dövlət nömrə nişanını yaxınlarınıza göndərin.
  14.  Düşünməyin ki, təhlükə həmişə görünən olur. Qaranlıq küçələrdən, şübhəli qrupların toplaşdığı ərazilərdən keçməyin.
  15. Ailənizə və yaxınlarınıza harada olduğunuz barədə tez-tez məlumat verin.

www.yenicag.az

1586
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv