Qaranlıq maddəni saxlamaq üçün vakuum sistemi hazırlanıb.
Yenicag.az xəbər verir ki, Notinqam Universitetinin araşdırmaçılarının hazırladığı vakuum sistemi skalyar sahə nəzəriyyəsinin doğruluğunu test etməyə və qaranlıq maddəni saxlamağa yarayacaq.
Araşdırmanın ilkin mərhələsində vakuumun birbaşa qaranlıq maddəni yox, “qaranlıq divar”ları yaxalaması planlaşdırılır.
Qeyd edək ki, kainatın 27 faizinin qaranlıq maddədən ibarət olduğu təxmin edilir. Bu günə qədər əldə edilə bilməyən qaranlıq maddənin varlığını sübut edəcək şey isə “qaranlıq divar”dır ki, bu da skalyar sahədə sıxlığın azalması nəticəsində ortaya çıxan pozulmaları ifadə edir.